• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlham Əliyev Alar Karisi təbrik etdi

SİYASƏT

24 Fevral 2025 | 11:20 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyev Alar Karisi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycan ilə Estoniya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar gün münasibətilə Prezident Alar Karisə ən xoş arzularını çatdırıb, Estoniya xalqına daimi əmin-amanlıq və rifah arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026