• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İordaniya Kralı İlham Əliyevə başsağlığı verdi

SİYASƏT

27 Dekabr 2024 | 18:18 | Müəllif: Subhan Mahmudov

İordaniya Kralı İlham Əliyevə başsağlığı verdi

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.

İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından
Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026