• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Ramazan Filiyevin xanımı: Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəm

HADİSƏ

27 Dekabr 2024 | 16:33

Ramazan Filiyevin xanımı: Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəm

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayonu Şərif kənd sakini Ramazan Filiyevin ailə üzvləri bu faciədən sarsılıblar.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, R.Filiyevin həyat yoldaşı Həvva Filiyeva onunla iki il əvvəl ailə qurduqlarını doqquz ay əvvəl oğlan övladlarının dünyaya gəldiyini deyib.

H.Filiyeva həyat yoldaşı ilə danışıqlarını xatırlayıb:

“Sonuncu dəfə dekabrın 25-də səhər saatlarında, Ramazan təyyarəyə minməzdən əvvəl danışdıq. Dedi ki, təyyarə bir azdan havaya qalxacaq, Qroznıya enəndə sizə xəbər edəcəm. Bu söhbət bizim Ramazanla son danışığımız oldu.

Daha sonra bu dəhşətli xəbəri aldım. Ondan mənə yadigar qalan doqquz aylıq körpəmizdir. Qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm, yaralılara şəfa arzulayıram. Bundan sonra bir daha belə hadisələr olmasın”.

R.Filiyevin yaxın dostu Murad Bicilov "Report"un yerli bürosuna açıqlamasında onun çox zəhmətkeş insan, yaxşı dost olduğunu vurğulayıb:

“Ramazanın faciəvi ölümü hər birimizi sarsıtdı. Onun atası da yaxın zamanlarda dünyasını dəyişib. Evin tək oğlu, üç bacının bir qardaşı idi. Çox zəhmətkeş bir insan, yaxşı bir dost idi, böyük-kiçik yerini bilirdi. Dövlətimizin yanımızda olması bizim üçün böyük təsəllidir. Allah qəzada həlak olanlara rəhmət eləsin”.


SON XƏBƏRLƏR

27 Dekabr 2024