• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

HADİSƏ

25 Yanvar 2025 | 19:28

Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır./report


SON XƏBƏRLƏR

04 Fevral 2025