ABŞ yaxın günlərdə Ukraynaya daha bir silah paketi, o cümlədən hava hücumundan müdafiə sistemləri təqdim etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.