• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Aİ Suriyaya qarşı sanksiyaların ləğv edə bilər

DÜNYA

26 Yanvar 2025 | 19:47 | Müəllif: Subhan Mahmudov

Aİ Suriyaya qarşı sanksiyaların ləğv edə bilər

Avropa İttifaqı (Aİ) yanvarın 27-də Suriyaya qarşı enerji və nəqliyyat sahələri ilə bağlı sanksiyaları ləğv edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin sabah keçiriləcək görüşündə müvafiq razılıq əldə olunsa, məhdudiyyətlər aradan qaldırılacaq.

Məlumata görə, Aİ-yə üzv ölkələrin Yaxın Şərq və Şimali Afrika üzrə xarici siyasət mövqelərini əlaqələndirən qrupun nümayəndələri də Suriya ilə bank və investisiya əlaqələrinin bərpası imkanlarının nəzərdən keçirilməsini tövsiyə ediblər.

Qeyd edək ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas yanvarın 24-də Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR