"İlkin əlamətlər Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Qazaxıstan səmasında qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsini vurduğunu göstərir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib.
"Vaşinqtonda Rusiyanın məsuliyyət daşıdığına dair “ilkin əlamətlər” var, lakin davam edən istintaqa istinad edərək əlavə şərh verməkdən imtina edib. Biz istintaqda öz köməyimizi təklif etdik", - deyə Kirbi bildirib.
20:20
Ağ Ev Bakı-Qroznı reysinin Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurula biləcəyinə dair “ilkin əlamətlər görüb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden administrasiyasının sözçüsü Con Kirbi bildirib.