Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla Beyrutu tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın “An-Nahar” qəzeti məlumat yayıb.
"Cümə günü Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportları aşkarlandıqdan sonra onların həbsinə qərar verib", - məlumatda deyilir.
Qeyd edək ki, Dureyd Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur.