Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentinin aşağı palatasının buraxıldığını elan edib.
Bakıvaxtı.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, dövlət başçısı ölkə parlamentinin aşağı palatası olan Bundestaqı buraxmaqla ümumi seçkilərə geri sayımın başladığını açıqlayıb.
O, açıqlamasında "Mən erkən seçkilərin tarixini fevralın 23-nə təyin etmək üçün 20-ci Almaniya Bundestaqını buraxmaq qərarına gəldim" sözlərini işlədib.
Gülşən Şərif