• Bakı 10° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Gürcüstan adından Azərbaycana başsağlığı məktubu səfirə təqdim edilib

SİYASƏT

27 Dekabr 2024 | 15:45

Gürcüstan adından Azərbaycana başsağlığı məktubu səfirə təqdim edilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili adından Azərbaycana ünvanlanmış başsağlığı məktubu səfir Faiq Quliyevə təqdim edilib.

Bakıvaxtı.az bu barədə Report-a istinadən xəbər verir.

Məlumata görə, aviaqəza ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə başsağlığı ziyarətləri bu gün də davam edir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


SON XƏBƏRLƏR

27 Dekabr 2024