• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

DÜNYA

28 Sentyabr 2024 | 11:10

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.

"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.Oxu.az


SON XƏBƏRLƏR