• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan kabineti toplayır: Masada NƏLƏR VAR?

DÜNYA

28 Oktyabr 2024 | 09:25 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan kabineti toplayır: Masada NƏLƏR VAR?

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Prezident Kabinetinin iclası keçiriləcək.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, iclasda Türk Hava və Kosmos Sənayesi A.Ş.-nin (TAİ) Ankara Kahramankazan obyektlərinə hücumdan sonra həyata keçirilən əməliyyatlar müzakirə olunacaq.

Nazirlər Kabinetinin gündəliyində Yaxın Şərqdəki hadisələr də yer alacaq. İran-İsrail və İsrail-Livan xəttində artan gərginliklə bağlı hərtərəfli qiymətləndirmə aparılacaq.

Təsiri getdikcə genişlənən regional böhranın Türkiyəyə mümkün təsirləri hərtərəfli müzakirə olunacaq.

Nazirlər Kabineti həmçinin iqtisadiyyatda baş verən son hadisələri və inflyasiya ilə mübarizə üçün yeni addımları müzakirə edəcək. İnflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsi, investisiya, məşğulluq və qiymət sabitliyi kimi məsələlərlə bağlı son vəziyyət təhlil ediləcək.

Baha qiymətə görə cəza və fürsətçilərin cəzalandırılması da kabinetin mühüm mövzularındandır.

İstanbulda yeni doğulmuş körpələrin olduğu reanimasiya şöbələrini biznesə çevirən cinayət təşkilatı olan "yeni doğulmuş dəstə" ilə bağlı son inkişaflar da kabinetdə qiymətləndiriləcək.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026