• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

ABŞ COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək - Blinken

COP29

21 Iyun 2024 | 09:27

ABŞ COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək - Blinken

ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-nin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb.

A.Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib.


SON XƏBƏRLƏR