• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

“COP29 QHT Koalisiyası” yaradılıb

COP29

19 Iyul 2024 | 10:19

“COP29 QHT Koalisiyası” yaradılıb

Xarici və yerli QHT-lər tərəfindən “COP29 QHT Koalisiyası” yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib.

Bildirilib ki, 30 ölkədən 108 xarici QHT yaradılmış koalisiyaya qoşulub. 

Ramil İskəndərli bu təşəbbüsün COP29-un Azərbaycan üçün əhəmiyyətini bir daha xatırladıb. Vətəndaş cəmiyyətinin COP29-da rolu ilə bağlı fikir bildirən sədr hər kəsin bu prosesə töhfə verməyə çalışdığını vurğulayıb.

Həmçinin, COP29 sədrliyinə müraciət hazırlacağını da deyilib: 

“Pre-COP tədbirlərində UNFCCC çərçivəsində 3631-i müşahidəçi QHT-nin mütləq əksəriyyətinin birləşdiyi 9 Həmfikir Qrupun təmsilçilərinin iştiraka dəvət edildikləri barədə məlumatlıyıq. Biz milli QHT-lərin görüşünün təşkil edilməli olduğun bildirib. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, nəticə verəcək”,- o, bildirib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024