• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Meksika COP29-da iştirak edəcək

COP29

17 Avqust 2024 | 13:02

Meksika COP29-da iştirak edəcək

Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb: “Meksika bu qlobal problemin həllində beynəlxalq əməkdaşlığın təşviqi üçün iştirak edəcək”.

Səfir M.Talıbov öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, o, H.Ernandesə dövlət başçısı İlham Əliyevin adından Meksika Prezidenti Klaudiya Şeynbaum Pardoya ünvanlanan COP29-da iştirakla bağlı rəsmi dəvət məktubunu təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026