• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub

COP29

10 Sentyabr 2024 | 15:51

COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra yan tədbirlər də nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) deyib.

O qeyd edib ki, yan tədbirlər, əsasən, vətəndaş cəmiyyətləri, BMT-nin digər strukturları və başqa təşkilatlar tərəfindən keçiriləcək:

"COP29 çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq. Əsası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) bir hissəsi olan danışıqlar təşkil edəcək. Lakin bundan başqa, yan tədbirlər də nəzərdə tutulub. Eyni zamanda, COP Prezidentliyi tərəfindən keçirilən tədbirlərimiz olacaq. Bundan başqa, iqlim fəaliyyəti üzrə Mərakeş prosesi çərçivəsində tədbirin keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, COP29 məkanında vətəndaş cəmiyyətləri və bəzi üzv dövlətlər tərəfindən idarə olunacaq pavilyonlar da olacaq. Yəni COP-u unikal edən və iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm qlobal tədbirə çevirən əsas danışıqlarla yanaşı, bir çox müxtəlif tədbirlər də gözlənilir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


SON XƏBƏRLƏR