UNFCCC-nin iki texniki orqanından biri olan İcra üzrə Yardımçı Qurumun (SBI) sədri vəzifəsini icra edən Nabil Munir hazırda tarixin ən isti ilinin şahidi olduğunu deyib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Nabil Munir bunu "Ambisiyanı gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) çıxışı zamanı deyib.
O qeyd edib ki, istilər nəticəsində buzlaqlar əriyir.
N.Munir bildirib ki, cəsarətli addımlar atmağa, körpülər qurmağa ehtiyac var:
"Ancaq bu yolla problemləri həll edə bilərik".