• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb - Samir Nuriyev

COP29

16 Avqust 2024 | 20:13 | Müəllif: Subhan Mahmudov

“Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb - Samir Nuriyev

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə avqustun 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini də qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026