• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

ABŞ-də azot qazı ilə edama məhkəmə qadağası

CƏMİYYƏT

10 Iyun 2026 | 12:59

ABŞ-də azot qazı ilə edama məhkəmə qadağası

ABŞ-da federal hakim Alabama ştatında bir məhkumun azot qazı ilə edamının icrasını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Emili Marks 49 yaşlı məhkum Ceffri Linin azot qazı ilə edam edilməsinin ABŞ Konstitusiyasında qadağan edilən "qəddar və qeyri-adi cəza" növünə aid ola biləcəyini əsas gətirərək bu üsulla infaza icazə verməyib.

Hakim qərarında qeyd edib ki, qadağa yalnız azot qazı ilə edam üsuluna şamil edilir. Məhkumun ölümcül iynə və ya elektrik stulu vasitəsilə edam olunması isə mümkün hesab olunur.

Qeyd edək ki, Alabama ştatında azot qazı ilə edam üsulu 2024-cü ildən tətbiq edilir. Bu metod zamanı məhkumun üzünə xüsusi maska taxılır və azot qazı verilir. Oksigen çatışmazlığı nəticəsində ölüm baş verir.

Məlumata görə, ABŞ-də indiyədək 8 nəfər bu üsulla edam edilib. Ceffri Li isə azot qazı ilə edam olunacaq 9-cu məhkum olacaqdı.

Dünya Balakişiyeva

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026