• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

ABŞ-də partlayış - zavod binası dağıldı

DÜNYA

17 Aprel 2025 | 11:13

ABŞ-də partlayış - zavod binası dağıldı

ABŞ-nin “Northrop Grumman” hərbi şirkətinin Yuta ştatındakı müəssisəsinin binası partlayış nəticəsində dağılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox13 News” telekanalı məlumat yayıb.

"Partlayış “Northrop Grumman”ın Boks Elder dairəsindəki zavodunun binasını məhv edib", - telekanal bildirib.

Qeyd olunub ki, partlayış nəticəsində xəsarət alan yoxdur, araşdırma aparılır.

Çərşənbə günü səhər saatlarında baş verən partlayışın səbəbi hələ müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026