• Bakı 19° C

    2.13 m/s

ABŞ-də vəbaya yoluxma faktı aşkarlandı

DÜNYA

13 Iyul 2024 | 00:20 | Müəllif: Subhan Mahmudov

ABŞ-də vəbaya yoluxma faktı aşkarlandı

ABŞ-ın Kolorado ştatında vəbaya yoluxma halı qeydə alınıb.

Bakıvaxtı.az medicina.az-a istinadən xəbər verir ki, rəsmi mənbələr Pueblo qraflığının sakinində vəba xəstəliyinin olduğunu təsdiqləyib.

İnfeksiyanın növü göstərilməyib. Onlar xəstəlik mənbəyini axtarırlar.

Yerli əhalidən ehtiyat tədbirləri görmələri xahiş olunub.

Qeyd edək ki, vəba xəstəliyinin simptomlarına qəfil hərarət və titrəmə, şiddətli baş ağrısı, əzələ ağrıları, ürəkbulanma, qusma və halsızlıq, həmçinin ağrı ilə müşayiət olunan limfa düyünlərinin şişməsi daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR