• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

ABŞ geri çəkilir, Rusiya güclənir, Ukrayna parçalanır, III dünya savaşı başa çatır - TƏHLİL

SİYASƏT

23 Fevral 2024 | 13:53

ABŞ geri çəkilir, Rusiya güclənir, Ukrayna parçalanır, III dünya savaşı başa çatır - TƏHLİL

Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında Rusiya-Ukrayna müharibəsinə toxunub. O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub.

Onun sözlərinə görə, burada böyük bir insan fəlakəti gedir:

"Bu, eyni zamanda, Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanınsa çözülməzsə, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır".

Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımdan ciddi narahatlıq doğurduğunu bildirib:

"Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq".

Bəzi ekspertlər Türkiyə rəsmisinin bu açıqlamasını artıq Üçüncü dünya müharibəsinin başmasına dair bir siqnal kimi qiymətləndirir.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev də Bakıvaxı.az-a açıqlamasında qeyd edib ki, sabah Rusiya-Ukrayna müharibəsinin iki ili tamam olur. Əslində N.Qurtulmuş tamamilə haqlıdır, çünki Rusiya Ukraynanı dəstəkləyən NATO və bütünlükdə Qərb ölkələri ilə qarşıdurmadadır. Bunun özü Üçüncü dünya müharibəsidir. Müharibənin başqa bir forması olmur ki?! Zatən Üçüncü dünya müharibəsi başlayıb. Rusiya-Ukrayna müharibəsi elə Üçüncü dünya müharibəsi deməkdir. Bu savaş yavaş-yavaş yeni statusa keçir. Avropa İttifaqı və ABŞ başa düşür ki, çox ciddi problemlərlə üzləşəcəklər. Birinci və İkinci dünya müharibələrində də bütün oyunlar Qərbdən gəlmişdi. İndi də bu gərginlik ABŞ tərəfindən hazırlanmış layihədir. Ümumiyyətlə, Amerika tarixində müharibə görmədiyinə görə, onun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı layihə uğursuz oldu. ABŞ artıq Ukraynanı meydanda tək buraxmaq məcburiyyətində qalıb. Rəsmi Moskva da bunu yaxşı dərk edir”.

2 il müddətində Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğunu deyən politoloq qeyd edib ki, əslində bu müharibə Rusiyanın müasir texnologiyalar icad etməsinə səbəb oldu. Onun spzlərinə görə, bundan sonra Rusiyanın qarşısını almaq mümkünsüzdür:

“Bu ölkə süni intellektdən istifadə, nanotexnologiyanın tətbiqi və İKT sahəsində yeniliklər etməklə bir daha sübut etdi ki, Rusiya geriləməyib, əksinə hər şeyi çox gizli şəkildə düzənləyib. Artıq Rusiya yaxın zamanda dünya iqtisadi bazarında ABŞ-yə qarşı rəqabət göstərmək iqtidarında olacaq. Bu, birmənalıdır. CNN-nin apardığı araşdırmalar göstərir ki, Rusiyanın Şimali Koreyadan aldığı PUA hissələrin 75 faizi ABŞ-də hazırlanıb. Amerika öz iqtisadi maraqlarını güdür. Onun başqa maraqları yoxdur”.

Professor diqqətə çatdırıb ki, Amerika Avropa İttifaqının (Aİ) arxasından çəkilib, Avropa ilə Rusiyanı üz-üzə qoyub:

“Aİ-də bunu anlayan dövlətlər Rusiya ilə problem yaratmadılar. O cümlədən ən güclülərdən olan İtaliya və Almaniya yavaş-yavaş mövqeyini dəyişir. İngiltərə də bunu anlayıb. Görünən odur ki, Ukraynanın parçalanacağı ehtimalı reallaşdı. Ukrayna Rusiya, Polşa, Macarıctan və Ruminiya arasında parçalanacaq. Kiçik bir Ukrayna qalacaq. Tam əminliklə deyə bilərik ki, Üçüncü dünya müharibəsi Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanmaqla başa çatacaq. Bu bir növ elan olunmayan müharibədir”.

Cümşüd Nuriyev: Amerika Aİ-nin arxasından çəkilib, Avropa ilə Rusiyanı üz-üzə qoyub

C.Nuriyevin sözlərinə görə, ABŞ-nin geri çəkilməsinə səbəb odur ki, bu ölkə çox gec başa düşdü ki, Rusiya artıq kosmosa nüvə başlıqlı silahlar çıxarıb. Onların qabağını almağa ABŞ-nin gücü yoxdur. ABŞ-yə hər hansı bir bomba düşsə, ABŞ dövlət kimi parçalanacaq. Bayden onu hakimiyyətə gətirən silah tacirlərinin siyasətini yürüdür. Tramp da ona görə bəyan edir ki, ABŞ cəhənnəmə yaxınlaşır:

“Düzdü, ABŞ cəhənnəmini Ukrayna və Yaxın Şərqdə yaşadı. İndi o, hegemonluq missiyasını yenidən əldə etmək istəyir, amma bu, çətindir. Çünki Rusiya-Çin tandemi çox güclüdür. BRİCS güclənir. Onlar dünya sənayesinin müəyyən hissəsini, dünya ticarətinin 35-40 faizini əllərində cəmləyiblər. ABŞ-ni iqtisadi və hərbi sahədə çox ciddi sınaqlar gözləyir. Bu mənada düşünürəm ki, Rusiya-Ukrayna savaşı mal itkisi ilə yanaşı can itkisinə də səbəb olur. Bu da dövlətlərin iqtisadi və fiziki çöküşünə səbəb ola bilər”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Iyul 2024