ABŞ hökuməti yenidən "bağlanmaq" riski altındadır!
ABŞ federal hökumətini maliyyələşdirəcək yeni büdcənin qəbulu üçün vaxt az olsa da, Birləşmiş Ştatların Konqresində razılığın əldə olunmaması hökumətin bağlanması riskini artırır.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Bildirilir ki, ölkədə oktyabrın 1-də başlayacaq yeni maliyyə ilinə çox az vaxt qalmasına baxmayaraq, Konqres federal hökuməti maliyyələşdirəcək büdcə qanun layihəsi ilə bağlı hələ razılığa gəlməyib. Son 47 ildə büdcə çatışmazlığı səbəbindən hökumətin 21 dəfə “bağlandığı” ölkədə Konqresin vəzifəsi sentyabrın 30-da gecə yarısına qədər federal hökuməti maliyyələşdirəcək yeni büdcə qanun layihəsini razılaşdırmaq və yeni bağlanmanın qarşısını almaqdır.
Respublikaçılar xərcləmə planları ilə bağlı fikir ayrılığına düşsələr də, partiya daxilində ifrat sağçı mühafizəkarlar xərclərin azaldılmasını, eləcə də Ukraynadakı müharibə üçün əlavə maliyyənin dayandırılmasını istəyirlər.
ABŞ Nümayəndələr Palatasının spikeri Kevin MakKartinin başçılıq etdiyi kompromis cəhdlərini rədd edən bu qrup, mötədil respublikaçılar demokratlarla müvəqqəti büdcənin qəbulu ilə bağlı razılığa gəlsələr, MakKartini hakimiyyətdən kənarlaşdırmaqla hədələyirlər.
Hər hansı büdcənin qanuna çevrilməsi üçün Nümayəndələr Palatasında təsdiqləndikdən sonra demokratların nəzarətində olan Senatdan keçməli və sonra ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.
Amerika qanunlarına görə, Konqres maliyyə ili üçün daimi büdcəni təsdiq edə bilməzsə, boşluq müvəqqəti büdcələrlə bağlanmalıdır. Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə xərcləmə səlahiyyətlərini itirmiş federal qurumlar müvəqqəti olaraq fəaliyyətini dayandırırlar. Bu o deməkdir ki, maliyyə ili başlamazdan əvvəl hökuməti maliyyələşdirmək üçün qanun qəbul edilməsə, əksər federal hökumət əməliyyatları dayandırılacaq.
Sözügedən vəziyyət tam iqtisadi böhran təşkil etməsə də, ABŞ-da federal hökumətlə qarşılıqlı əlaqədə olan həyatın bir çox hissəsində pozulma riski daşıyır.
Bu proses zamanı qeyri-vacib dövlət işçiləri məcburi məzuniyyətə buraxılarkən, ABŞ ordusu, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (NSA) kimi kəşfiyyat qurumları, həkimlər və tibb bacıları dövlət xəstəxanalarında çalışan, hava limanlarında və həbsxanalarda mühafizəçilər və s. Dövlət işçiləri öz vəzifələrini davam etdirirlər.
“Əsas” kadrlar kateqoriyasına aid olan bu işçilər, Konqres yeni büdcəni qəbul edənə qədər işlərin dayandırılması zamanı çox vaxt maaşlarını almırlar.
Murad Məmmədli




jpg-1698399576.webp)

jpg-1698398868.webp)









