• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Gürcüstanda Əsədov-Paşinyan-Qaribaşvili görüşü oldu - YENİLƏNİB

DÜNYA

27 Oktyabr 2023 | 12:16

Gürcüstanda Əsədov-Paşinyan-Qaribaşvili görüşü oldu - YENİLƏNİB

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədovla üçtərəfli görüş keçirdiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

"Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır",- Qaribaşvili deyib.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.

 

12:16

Azərbaycan və Ermənistan Baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın "İmedi" telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan Baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Danışıqların təfərrüatları açıqlanmayıb.


Gürcüstanda Əsədov-Paşinyan-Qaribaşvili görüşü oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026