• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMW və “Mercedes-Benz”lər bloklanır

DÜNYA

26 Noyabr 2023 | 11:05 | Müəllif: Subhan Mahmudov

BMW və “Mercedes-Benz”lər bloklanır

Paralel idxal sxemi ilə Rusiyaya gətirilən BMW və "Mercedes-Benz" markalı avtomobillərin sahiblərinin problem yaşaya biləcəyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bundan əlavə, "Renault" sahibləri də çətinliklərlə üzləşə bilərlər.

Belə ki, rəsmi dilerlər bəyan ediblər ki, ötən il onları rəsmi proqram təminatından ayırmağa başlayıblar. Nəticədə, diaqnostika zamanı problemlər yaranıb. Amma avtomobillərlə bağlı hələlik qlobal problem yoxdur. Proqram təminatının Rusiyaya uyğunlaşdırılması zamanı, eləcə də proqram təminatının müstəqil şəkildə yenilənməsi cəhdi zamanı isə çətinliklər yaranır.

Bəzi mütəxəssislərin fikrincə, paralel idxal yolu ilə gətirilən bütün avtomobillər Rusiyaya uyğunlaşdırılıb və onlarla bağlı heç bir problem olmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026