Çinin “Çançjen-11” raket daşıyıcısı “Şiyan-24C” eksperimental peykini uğurla orbitə çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, raketi Pekin vaxtı ilə saat 06:39-da Cənubi Çin sularında dəniz platformasına modifikasiya edilmiş gəmidən buraxılıb.
Qurğunun texnologiyaların sınaqdan keçirilməsi və elmi tədqiqatların aparılması üçün istifadə olunacağı bildirilir.















