• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Daha iki israilli hərbçi öldü

DÜNYA

26 Dekabr 2023 | 09:34

Daha iki israilli hərbçi öldü

Qəzza zolağında ötən gün daha iki israilli hərbçi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatları başlayandan indiyə qədər 158 israilli hərbçi öldürülüb.

İsrail-HAMAS döyüşləri gərginləşdiyi 7 oktyabrdan indiyə qədər isə ümumilikdə 491 israilli hərbçi öldürülüb.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 81-ci gündür ki, davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026