“Ankaraya daha çox turist gələn ölkələr sırasında can Azərbaycan ilk onluqdadır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Ankara Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Ali Ayvazoğlu deyib.
Onun sözlərinə görə, Ankaraya turist axını daha çox Amerika, İraq, İran, Rusiya, İtaliya, Almaniyadan olur: “Qardaş Azərbaycan da Ankaraya daha çox turist gələn ölkələr sarasındadır. Sıralasaq, can Azərbaycan ilk onluqda yer alıb”.
A.Ayvazoğlu qeyd edib ki, bu il Türkiyə paytaztına üz tutan turistlərin sayı 750 min nəfəri keçib: “Hədəfimiz milyon və daha çox turist qəbul etməkdir”.
Azərbaycanla Türkiyə arasında turizm əlaqələrindən də danışan Ayvazoğlu “bir millət iki dövlət” olan ölkələrimizin bu sahədə də güclü əlaqələri olduğunu vurğulayıb.
Q.İbrahimoğlu




jpg-1706104051.webp)












