• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ukrayna Rusiyanın desant gəmisini vurub

DÜNYA

26 Dekabr 2023 | 09:26

Ukrayna Rusiyanın desant gəmisini vurub

Ukrayna Krımın Feodosiya limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Mikola Oleşçuk “Telegram” hesabındakı paylaşımında bildirib.

“Rusiyanın donanması getdikcə kiçilir. Bu dəfə böyük desant gəmisi “Novoçerkassk” Rusiyanın Qara dəniz donanmasının flaqmanı, “Moskva” kreyserinin ardınca getdi”, - Oleşçuk yazıb.

Oleşçuk Hərbi Hava Qüvvələrinin pilotlarına zərbəyə görə təşəkkür edib.

Qeyd edək ki, bu səhər Krımın Feodosiya bölgəsində güclü partlayışlar baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR