Koronavirus, kripto pul, Donald Trampın ABŞ prezidenti olması kimi dünyada baş verən bir çox hadisə ilə bağlı öncədən verdikləri məlumatları ilə diqqət çəkən Simpsons serialı yenidən gündəmdədir.
Bakıvaxtı.az xəbər verir ki, serialın ssenaristlərindən olan Al Jean, serialın Trampın 2024-cü il seçkilərində namizədliyini hələ 2015-ci ildə proqnozlaşdırdığını açıqlayıb.
Trampın təşkil etdiyi tədbirdən sonra məşhur “Simpsonlar” cizgi filminin prodüseri və yazıçısı Al Jean sosial şəbəkədə diqqətçəkən bir detal paylaşıb. Jeanın paylaşdığı görüntüdə serialın əsas personajlarından olan Homer Simpson uçarkən görünür, arxa planda isə lövhədə "Trump 2024" yazılıb.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu yaxınlarda 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
The Simpsons-ın yazdığına görə, Trampdan sonra Amerikanın prezidenti qadın olacaq.
Nuranə Daxilqızı


















