• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

 Bu gün III Çarlzın tacqoyma mərasimi keçiriləcək

DÜNYA

06 May 2023 | 09:59

Bu gün III Çarlzın tacqoyma mərasimi keçiriləcək

Mərasimin İngiltərə kralı III Çarlz və xanımı Kraliça Kamilla, kral ailəsinin üzvləri, 203 ölkədən beynəlxalq nümayəndələrin, o cümlədən 100-ə yaxın dövlət başçısının, icmadan gələn qonaqların və xeyriyyə təşkilatlarının iştirakı ilə bu gün yerli vaxtla saat 11:00-da baş tutacağı gözlənilir. 

Bakıvaxtı.az xəbər verir ki, Bukingem Sarayının proqramla bağlı verdiyi açıqlamaya görə, İngiltərədə 9-cu əsrə aid bir sıra mərasimlərdən sonra tac taxması gözlənilən Kral Çarlzla birlikdə Kraliça Kamillanın da taxtına taxılacağı bildirilib.

Bugünkü mərasimin 1066-cı ildən bəri Westminster Abbey kilsəsində keçirilən tacqoyma mərasimlərinin 39-cusu olacağı vurğulanıb.

Bildirilib ki, mərasim şahın tanınması, and içilməsi, xeyir-dua verilməsi, mərasim paltarı geyindirilməsi, tacqoyma, taxt-taca oturulması və bir dəqiqəlik sükutdan ibarət olacaq.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026