• Bakı 20° C

    2.65 m/s

Paytaxtda güclü partlayış səsi əhalin qorxuya saldı

DÜNYA

05 Iyun 2023 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

Paytaxtda güclü partlayış səsi əhalin qorxuya saldı

ABŞ-ın paytaxtı Vaşinqtonda partlayış səsi eşidilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Güclü partlayış səsinin qadağan zonanı pozan Cessna Citation tipli kiçik təyyarələri təqib etmək üçün havaya qalxan döyüş təyyarələrinin yaratdığı səs bumu səbəb olduğu açıqlanıb.

ABŞ rəsmiləri kiçik təyyarənin Virciniya ştatında dağlıq əraziyə düşdüyünü bildirərək, qəzaya döyüş təyyarələrinin səbəb olmadığını bildiriblər. Qəzada ölən və yaralananların sayı hələ açıqlanmayıb.

ABŞ mətbuatında çıxan xəbərlərdə kiçik təyyarənin avtopilotda olduğu və səlahiyyətlilərin pilotla əlaqə saxlaya bilmədiyi iddia edilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026