• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rusiya İrandan dron komponentlərini idxal edir

DÜNYA

05 Iyul 2023 | 00:47 | Müəllif: Subhan Mahmudov

Rusiya İrandan dron komponentlərini idxal edir

Rusiyanın Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed 136” kamikadze dronlarının Tatarıstanda istehsalı həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasında PUA istehsalına hazırlıq prosesinə başlanılıb.

Mənbə yazır ki, pilotsuz təyyarələr üçün komponentlər İrandan gətirilir, hazır məhsullar isə sadəcə olaraq “Alabuqa” xüsusi iqtisadi zonasında yığılır.

Məlumatda həmçinin vurğulanır ki, layihənin ümumi dəyəri 1,28 - 1,45 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, Rusiya Federasiyasının rəhbərliyi İrandan pilotsuz təyyarələrin alınmasını rəsmən təsdiq etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026