• Bakı 21° C

    2.65 m/s

ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib

DÜNYA

02 May 2022 | 17:18

ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib

ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin mayın 2-də bildirib.

“Biz qayıtmağımıza şadıq. Ukraynalılara yardım etmək üçün burada bütün imkanlardan istifadə edəcəyik”, - o, Lvovda keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026