• Bakı 16° C

    2.71 m/s

Meymunçiçəyi daha bir ölkəyə çatdı

DÜNYA

01 Iyun 2022 | 16:04

Meymunçiçəyi daha bir ölkəyə çatdı

Macarıstanda 38 yaşlı kişidə meymunçiçəyi virusu aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Sağlamlıq Mərkəzinin (NNK) başçısı Sesiliya Müller keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, xəstəlik yalnız yaxın təmasla yayılır.

“Xəstəlik iki-dörd həftə davam edir və immuniteti zəif olan xəstələrdə və hamilə qadınlarda daha asan yayıla bilər”, - deyən Müller yoluxanların karantinə alınmasının lazım olduğunu vurğulayıb.

O deyib ki, simptomlara nəzarət etmək, erkən diaqnoz qoymaq üçün xəstəlikdən şübhələnən şəxslərin həkimə müraciət etmələri lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı virusun endemik olmadığı 23 ölkədə 257 meymunçiçəyi və 120 şübhəli yoluxma halını elan etsə də, bu yay Avropada və başqa yerlərdə yoluxma potensialının yüksək olduğu barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026