• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

ABŞ-Koreya təlimi başlayan kimi Pxenyan raketlər buraxdı

DÜNYA

10 Mart 2025 | 21:51

ABŞ-Koreya təlimi başlayan kimi Pxenyan raketlər buraxdı

Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Bildirilib ki, raket atışı Seul və Vaşinqtonun “Azadlıq qalxanı” kimi tanınan illik hərbi təlimləri bərpa etməsindən bir neçə saat sonra baş tutub.

Pxenyan təlimləri Koreya yarımadasında gərginliyi artıran “təhlükəli təxribat” adlandırıb.

Qeyd edək ki, “Azadlıq qalxanı” təlimlərinin 20 marta qədər davam edəcəyi vurğulanıb.


SON XƏBƏRLƏR

10 Mart 2025