• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

İsrail səfiri Niderland XİN-ə çağırılıb

DÜNYA

09 Aprel 2025 | 19:07

İsrail səfiri Niderland XİN-ə çağırılıb

İsrail səfiri Qəzza zolağında humanitar yardım konvoyuna hücumla bağlı izahat vermək üçün Niderland Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsində yazıb.

"Mənim xahişimlə bu gün səhər İsrail səfiri Qəzza sektorunda narahatlıq doğuran hadisələr, o cümlədən humanitar konvoya hücumla bağlı izahat vermək üçün çağırılıb. Niderland İsrailin təhlükəsizliyi, bütün girovların qaytarılması və fələstinlilərin ciddi humanitar ehtiyaclarının təmin edilməsinin tərəfdarıdır", - o bildirib.

Bir sıra KİV-in məlumatına görə, sözügedən hadisə aprelin 2-də baş verib. İsrail ordusu Fələstin anklavında “World Central Kitchen” humanitar təşkilatının maşınına zərbə endirib. Nəticədə yeddi nəfər, o cümlədən bir neçə xarici vətəndaş həlak olub.


SON XƏBƏRLƏR

17 Aprel 2025