• Bakı 18° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Aİ Ukraynaya 1,9 milyard avro verəcək

DÜNYA

09 May 2025 | 17:55

Aİ Ukraynaya 1,9 milyard avro verəcək

Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün demək olar ki, 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən açıqlayıb. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal açıqlayıb.

O, bildirib ki, bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə həyata keçiriləcək.

Ukrayna hökumətinin başçısı bunu tarixi qərar adlandırıb, çünki Ukrayna üçün silah Avropa Sülh Fondu vasitəsilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edilməklə alınacaq.

Belə ki, həmin məbləğin 1 milyard avrosu birbaşa Ukrayna istehsalçılarından silah alınmasına gedəcək.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025