• Bakı 16° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

ABŞ-li kontent yaradıcısı HƏBS EDİLƏ bilər - SƏBƏB

DÜNYA

28 Noyabr 2024 | 16:25

ABŞ-li kontent yaradıcısı HƏBS EDİLƏ bilər - SƏBƏB

ABŞ-li kontent yaradıcısı Ramsey Xalid İsmailin təxribat xarakterli və təhqiredici məzmununa görə Cənubi Koreyada həbs cəzası ilə üzləşdiyi bildirilir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  "Conni Somali" ləqəbi ilə tanınan 24 yaşlı İsmail Cənubi Koreyada ərzaq mağazasında xaos yaratmaqda ittiham olunur.

Səlahiyyətlilər tərəfindən Cənubi Koreyadan çıxışına qadağa qoyulan İsmailin günahı sübuta yetirilərsə, 5 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib.

Bildirilir ki, təxribat xarakterli və tez-tez təhqiredici video məzmunu ilə internetdə şöhrət qazanan İsmail izləyici sayını artırmaq üçün Asiya ölkələrində yerli insanları qısnamaya məruz qoyub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Noyabr 2025