• Bakı 15° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

ABŞ Rusiyanın 50 milyardını Ukraynaya ayırmaq istəyir

DÜNYA

05 May 2024 | 01:00

ABŞ Rusiyanın 50 milyardını Ukraynaya ayırmaq istəyir

ABŞ Ukraynaya 50 milyard dollar yardım ayırmaq üçün G7-nin digər ölkələri ilə danışıqlar aparır.

Bakıvaxtı.azvxəbər verir ki, bu barədə "Blumberq" mənbələrinə istinadən məlumat yayıb.

"Bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə ödənilməsi planlaşdırılır.

Ağ Ev iyunda İtaliyada keçiriləcək G7 sammitində razılaşmanın imzalanmasına nail olmaq istəyir. Bu mövzuda müzakirələr çətindir və sazişin bağlanması bir neçə ay çəkə bilər. Dondurulmuş Rusiya aktivlərinin istifadəsinə etirazını dayandırması üçün ABŞ-ın AB-yə təzyiq göstərəcəyi gözlənilir",- məlumatda deyilir.

ABŞ-ın maliyyə naziri Janet Yellen də Ukraynaya 50 milyard dolların ayrılması ilə bağlı danışıqların getdiyini təsdiqləyib:

"Bunu müzakirə edirik. İstərdik ki, bütün G7 ölkələri iştirak etsin və ABŞ bunu təkbaşına etməli olmasın".


SON XƏBƏRLƏR

17 May 2024