• Bakı 15° C

    2.66 m/s

Rusiya ordusu Suriyada bu ərazilərə zərbə endirdi

DÜNYA

04 Iyun 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Rusiya ordusu Suriyada bu ərazilərə zərbə endirdi

Rusiyanınn hərbi-kosmik qüvvələri Suriyanın Xüms və Əl-Bişri əyalətlərində yaraqlıların cəmləşdiyi ərazilərə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini, general-mayor Yuri Popov deyib.

“İyunun 2-də Rusiya qüvvələri Ət-Tanf zonasından çıxaraq Xüms və Əl-Bişri əyalətlərinin Əl-Amur kimi dağ massivində əlçatmaz ərazidə gizlənən yaraqlıların müəyyən edilmiş üç bazasına zərbələr endirib", - o qeyd edib.

Popov həmçinin bildirib ki, Rusiya hərbi polis bölmələri Rakka və Hasekə əyalətlərində patrul xidməti həyata keçirib.

Bundan əlavə, son 24 saat ərzində İdlibdə deeskalasiya zonasında terrorçu qruplar tərəfindən Suriya hökumət qoşunlarının mövqelərinə 6 hücum qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026