• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

ABŞ Ukraynaya hərbi yardım paketi ayıracaq

DÜNYA

26 Iyun 2023 | 22:35

ABŞ Ukraynaya hərbi yardım paketi ayıracaq

İyunun 27-də Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Yeni hərbi yardım paketinə “Bradley” zirehli texnikası və “Stryker” zirehli transportyorları daxil olacaq. Onlar Ukraynanın əvvəllər hücum zamanı itirdiyi texnikanı əvəz edəcəklər. “CNN” Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat vermir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını elan edib. Ümumilikdə, 2022-ci ilin fevralından ABŞ Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026