• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell: “Aİ-də Quranın yandırılması təhqiramiz təxribatdır”

DÜNYA

26 Iyul 2023 | 21:33 | Müəllif: Subhan Mahmudov

Borrell: “Aİ-də Quranın yandırılması təhqiramiz təxribatdır”

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Avropada Quranın yandırılması hallarının təhqir, hörmətsizlik və aşkar təxribat olduğunu açıqlayıb, bunun Avropada qanuni, etik olmasa da, qanuni olduğunu qeyd edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun Aİ-nin xarici siyasət xidməti tərəfindən yayılmış bəyanatında deyilir.

“Avropada ayrı-ayrı şəxslərin çox sayda müsəlmanı təhqir edən son hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyə təhrikin istənilən formasını qətiyyətlə rədd etdiyini bildirir. Müxtəlifliyə hörmət Aİ-nin əsas dəyərlərindən biridir. Buraya digər dini icmalara hörmət də daxildir. Qurana və ya müqəddəs sayılan hər hansı digər kitaba hörmətsizlik etmək təhqiramiz addım, hörmətsizlik və açıq-aşkar təxribatdır. Aİ-də irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün ifadəsinə yer yoxdur. Biz din və inanc azadlığını, həmçinin xaricdə və daxildə ifadə azadlığını müdafiə etməyə davam edirik, qanuni olan hər şey etik deyil”, - o söyləyib.

J.Borrell hamını birliyə və qarşılıqlı hörmətə çağırıb və ayrı-ayrı təxribatçıların əməllərinin yalnız cəmiyyətimizi parçalamaq istəyənlərə xidmət etdiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026