• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Hakan Fidan Ukraynada Zelenski ilə görüşüb - YENİLƏNİB

DÜNYA

25 Avqust 2023 | 17:05 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan Ukraynada Zelenski ilə görüşüb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə teleqramda yazıb.

Onun sözlərinə görə, tərəflər bir çox mühüm məsələləri müzakirə edib: “Biz həmçinin sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq və Qara dəniz taxıl dəhlizinin blokadasının yaratdığı risklər barədə danışdıq”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, H.Fidan daha sonra Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

 

16:35

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

H.Fidanın həmçinin ukraynalı həmkarı Dmitro Kuleba ilə də görüşü gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026