• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edir

DÜNYA

24 Sentyabr 2023 | 13:23

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Həşimi bildirib.

“BƏƏ bu tribunadan bir daha İrandan əmirliyə məxsus üç ada olan Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir. Bu problem nə qədər mövcud olsa da, bizim bu adalara qanuni hüququmuz davam edəcək və zaman onlar üzərində suverenliyimizi ləğv etməyəcək”, - deyə o, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ümumi siyasi debatlarda çıxışı zamanı bildirib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da BMT-nin Beynəlxalq Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tunb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların kimə məxsus olması barədə BƏƏ və İran mübahisə aparır. İyulun 17-də İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çafi bildirib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil. Avqustun əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz qüvvələri mübahisəli adaların ərazisində təlimlər keçirib.


SON XƏBƏRLƏR

20 Iyul 2024