• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qəzzada ölən uşaqların sayı 2 mini ötdü

DÜNYA

24 Oktyabr 2023 | 10:10

Qəzzada ölən uşaqların sayı 2 mini ötdü

Qəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb.

“Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib”, - məlumatda deyilib.

4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026