İran növbəti həftə 150 km mənzilə malik yeni “Arman” raket əleyhinə kompleksinin təqdimatını keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.
“Gələn həftə “Arman” zenit-raket kompleksinin təqdimatı keçiriləcək. Böyük imkanlara malik olan bu raket bir neçə əməliyyat sisteminə malikdir”, - deyə general bildirib.
O qeyd edib ki, bu raket əleyhinə sistem 150 km-ə qədər məsafədə hədəfləri vura bilir və yüksək əməliyyat sürətinə malikdir, ona görə də ölkənin müdafiəsində mühüm rol oynayacaq.
















