Co Bayden administrasiyası İranı Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına hücumların təşkil edilməsində və Fələstin-İsrail münaqişəsini qızışdırmaqda günahlandırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “The New York Post” Ağ Evdən və Pentaqondan olan mənbələrinə istinadən xəbər verib.
"Biz, regionda maraqlarımıza təhlükə yarada biləcək heç bir cəhdi cəzasız buraxmayacağıq", - deyə Ağ Evin milli təhlükəsizlik şurasının srtateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi bəyan edib. Onun sözlərinə görə, İran imtina siyasəti sərgiləyərək, ABŞ-ı münaqişəyə çəkmək istəyir.
Pentaqonun rəsmi nümayəndəsi, general Patrik Rayder bildirib ki, Vaşinqton regional münaqişənin qızışmasında maraqlı deyil, lakin heç düşünmədən Tehranın hərəkətlərinə, amerikan hərbiçilərinə hücumlar təşkil ermələrinə cavab verməyə hazırdır.
İsmayıl Alısoy
















