• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Qəzzada səhra xəstəxanaları qurur

DÜNYA

24 Oktyabr 2023 | 10:14

Türkiyə Qəzzada səhra xəstəxanaları qurur

Türkiyənin Qəzzada yaralananlara yardımı çərçivəsində bölgədə iki səhra xəstəxanası qurulacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkyiə Səhiyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa Birliyinin baş direktoru Selami Kılıç deyib. 

Onun sözlərinə görə, Türkiyədən Qəzzaya göndərilən dərman və tibbi ləvazimatları daşıyan ikinci təyyarə Misirin Əl-Ariş hava limanına enib. Kılıç bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar və digər ölkələrin tələbləri hələ də yerinə yetirilməyib, ona görə də bölgəyə yalnız Türkiyə qrupları yardım çatdırır.

Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen Misir Səhiyyə Nazirliyinin rəsmiləri ilə görüşdüyünü bildirib: "Onlar da Qəzzalı qardaşlarımıza, xüsusilə də uşaqlara, xəstələrə dəstək olmaq üçün ortaq iradə nümayiş etdirdilər. Bu mövzuda bizimlə Misir arasında tam uyğunluq, əməkdaşlıq və həmrəylik var". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026