• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ və İran hücumdan əvvəl əlaqə qurub - Türkiyə XİN təsdiqlədi

DÜNYA

14 Aprel 2024 | 19:34 | Müəllif: Subhan Mahmudov

ABŞ və İran hücumdan əvvəl əlaqə qurub - Türkiyə XİN təsdiqlədi

İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə “İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə gərginliyə son qoymağa çağırış edir”.

Xarici İşlər Nazirliyi xatırladıb ki, Türkiyə tərəflərə İsrailin Qəzza zolağında apardığı müharibənin genişlənməsi və eskalasiya riski daşıdığı barədə xəbərdarlıq edib.

“İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu beynəlxalq hüquq normalarına zidd olaraq bu narahatlıqları əsaslandırıb. İranın bu hücuma reaksiyası və ondan sonrakı hadisələr bir daha göstərib ki, hadisələr sürətlə regional müharibəyə çevrilə bilər. Hadisələrin inkişafının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik”, – XİN vurğulayıb.

Xatırladaq ki, daha öncə "Reuters" Tehranın İsrailə qarşı planlaşdırılan əməliyyatla bağlı Ankaranı əvvəlcədən məlumatlandırdığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026